Ağdam rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.
Faktla bağlı Ağdam rayon polis şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.