Bakıda bir nəfər özünü dənizə atıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 m aralı, məntəqə ərazisi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.