Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-dən bildiriblər ki, yanğın nəticəsində yol kənarında 800 kvadratmetr sahədə məişət tullantıları və istismara yararsız təkərlər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
18:22
Bakıda təkər tullantıları yanır.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.
İlkin məlumata əsasən, yol kənarında təqribən 500 m² sahədə təkər tullantıları yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.