"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarında nasazlıq yaranıb.
Teleqraf.com səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bununla əlaqədar "Ulduz" stansiyasında sərnişinlər düşürülüb.
Qatar depoya göndərilib, əvəzinə qatar verilib. Nəticədə iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.