19 May 2022 16:45
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Eynur Əlizadə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il mayın 31-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbədə kirayədə yaşayan 1990-cı il təvəllüdlü Turanə Cəfərzadə tanışı Eynur Əlizadə tərəfindən sərinkeşin elektrik naqili ilə boğaraq qətlə yetirilib.

Daha sonra Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Yüngül həyat tərzi keçirən Turanə hadisə günü tanışı Eynur Əlizadə ilə cinsi əlaqədə olmaq məqsədilə yaşadığı evə gəlib və birlikdə spirtli içki qəbul ediblər.

Daha sonra qadın çarpayısının döşəkçəsinin altında özünə avtomobil almaq üçün saxladığı 14 700 manat məbləğində pulu ona göstərib.

Eynur Əlizadə səhər saatlarında həmin pulu ələ keçirmək məqsədi ilə sərinkeşin naqili ilə qadını boğaraq öldürüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər