25 May 2022 12:22
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Çubuqlu kəndindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Qusar rayon polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elmin Bəkirov saxlanılıb.


Müəllif: Hacı Zeynalov