6 İyul 2022 10:31
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.

Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov