Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etmiş Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kəndindəndir.
Teleqraf.com xəbər verir ki, Pünhan Ağamirovun iki bacının yeganə qardaşı olduğu bildirilir.
Xatırladaq ki, faktla bağlı cinayət işi qaldırılıb.
Baş Prokurorluğun açıqlamasında bildirilir ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
***
10:05
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb.