Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Fəxrəddin Qasımov saxlanılıb.
Araşdırmalarla F.Qasımovun xaricdə yaşayan qonşusunun həyətyanı sahəsinin sahibsiz olmasından istfadə edərək orada aqroxtexniki qulluqla çətənə bitkiləri yetişdirdiyi müəyyən olunub.
Əraziyə baxış keçirilən zaman 46 ədəd çətənə bitkisi və 1 kiloqramdan artıq qurudulmuş marixuanan aşkar edilib.
Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırmalar davam etdirilir.