9 Avqust 2022 20:25
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda çoxmənzilli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Hazırda binaya dəyən ziyan və yanğının başvermə səbəbləri araşdırılır.

19:23

Yevlax rayonunda çoxmənzilli yaşayış binası yanır.

Teleqraf.com xəbər verir ki, hadisə Yevlax şəhəri, Q.Quliyev küçəsi, 3A ünvanında qeydə alınıb.

Hazırda binanın beşinci mərtəbəsində yerləşən mənzillərdə güclü yanğının olduğu bildirilir. Sakinlər binadan təxliyə edilir.

Yanğının söndürülməsi üçün Yevlax və Bərdə rayon dövlət yanğından mühafizə hissələrinin canlı qüvvələri və texnikaları hadisə yerinə cəlb edilib.


Müəllif: Mənbə/Report