16 Avqust 2022 00:39
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da ziyarətçilər timsahın hücumuna məruz qalan zoopark işçisini xilas ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "KSL News" saytı məlumat yayıb .

Hadisə Yuta ştatının West Valley City şəhərində baş verib. Ziyarətçilərdən birinin çəkdiyi kadrlarda yırtıcı heyvanın məşqçinin qolundan tutaraq suya dartması görünür.

Ziyarətçilər hovuza girərək timsahı tutub, bundan sonra su yırtıcısı qadını buraxıb.

Zooparkın sahibi ziyarətçilərə öz təşəkkürünü bildirib.


Müəllif: Teleqraf.com