23 Avqust 2022 10:53
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğınla bağlı son durum açıqlanıb.

Teleqraf.com xəbər verir ki, yanğın nəzarətə götürülüb:

“Hazırda yanğının söndürülməsi əməliyyatları davam edir”.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri cəlb olunub.


Müəllif: Mənbə/Report