28 Avqust 2022 15:06
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kamil Əliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan bükümlərdə qablaşdırılmış külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər