4 Sentyabr 2022 11:24
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bir kiloqramdan artıq güclü təsir edən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.

Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar.

Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər