8 Dekabr 2014 10:46
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanda Asiya Parlament Assambleyasının 7-ci sessiyasında iştirak edən millət vəkili Qənirə Paşayeva sessiya çərçivəsində keçirilən Asiya Parlament Assambleyası Qadın millət vəkilləri toplantısında çıxış edərək müxtəlif ölkələrdən gəlmiş senator və millət vəkili xanımlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Teleqraf.com xəbər verir ki, o, Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-ci ildə 200 mindən artıq azərbaycanlı Ermənistandakı öz tarixi ata-baba yurdundan, öz evindən zorla qovularaq, qaçqına çevrilib. Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Millət vəkili Azərbaycan siyasi və iqtisadi vəziyyət barədə də məlumat verib və senator və millət vəkili xanımları Azərbaycana dəvət edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Asiya ölkələrindən gəlmiş millət vəkili və senator xanımlara hədiyyə olunub.


Müəllif:

Oxşar xəbərlər