23 Sentyabr 16:58
256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altıağac Milli Parkındakı yanğının söndürülməsinə iki helikopteri cəlb edilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

16:00

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Teleqraf.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Müəllif: Teleqraf.com