1 Oktyabr 2022 09:27
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunun Xırdalan şəhərində minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının zirzəmisində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com