4 Oktyabr 2022 16:18
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda sentyabr ayı ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb, onlar barəsində cinayət işləri başlanılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun “Əhmədli”, “NZS”, “Həzi Aslanov”, “Köhnə Günəşli” qəsəbələri, Məhəmməd Hadi küçəsi, Gəncə prospekti və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.

Saxlanılanların bir neçəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün əvvəllər məhkum olunublar.

Həmin şəxslərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri onlayn yolla şəxsi istifadələri ilə yanaşı Xətai rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb.

Ümumiyyətlə sentyabr ayı ərzində Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 112 nəfər saxlanılıb və onlar barəsində cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri aparılır.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər