Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 5-də şəhərin 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını naməlum şəxs əlindən alıb.
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluğu törətməkdə bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.