Astara şəhəri ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verən “Vaz 21070” markalı avtomobilin sürücüsü, rayon sakini S.Eyvazov və “Vaz 21011” markalı avtomobilin sürücüsü, rayon sakini T.Əfsəlov saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Həmin nəqliyyat vasitələri saxlanılan zaman sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr yaranıb və onların müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən S.Eyvazov və T.Əfsəlovun narkotik vasitədən istifadə etdikləri məlum olub.
Həmin şəxslərin barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Astara rayon Məhkəməsinə göndərilib.