Baş Dövlət Yol Polisi İdarəsi və Hacıqabul rayon polis şöbəsi əməkdaşları birgə əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini Həsrətəli Bəhmənzadənin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı sərnişini, Cəlilabad rayon sakini Qadir Məhərrəmova məxsus 250 qram marixuana və 6 qrama yaxın heroin aşkar olunub.
Q.Məhərrəmov və H.Bəhmənzadə saxlanılıblar.
Polis əməkdaşları tərəfindən sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.