Rusiyanın Başqırdıstan vilayətində avtomobilin yük yerində gecələyən üç uşağın anasına inzibati qaydada iş açılıb.
Teleqraf.com "gazeta.ru"ya istinadən xəbər verir ki, ilkin araşdırmaya görə, uşaqların valideynlərinin münaqişəsinə görə evi tərk ediblər. Onlar avtomobilin yük yerində gecələməli olublar. Polis uşaqları valideynlərinə təhvil verib.
Həmçinin ana inzibati qaydada cərimə olunub.
Qeyd olunur ki, noyabrın 6-da səhər saatlarında evi tərk etmiş 3 uşağın (12, 8 və 5 yaşlı) axtarışı üçün polisə müraciət daxil olub. Onların tapılması üçün Fövqəladə Hallar üzrə Dövlət Komitəsinin xilasediciləri, polis, kinoloq, könüllülər axtarışa cəlb olunublar. Uşaqlar evlərinin yaxınlığındakı “VAZ-2112” markalı avtomobilin yük yerində tapılıb.