Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçiridiyi əməliyyat nəticəsində bir əsgər şəhid olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Separatçı terror təşkilatının İraqın şimalında açdığı atəş nəticəsində əsgər Mustafa Öztürkün şəhid olduğu, 3 əsgərin isə yaralandığı bildirilir.
Türkiyə Silahlı Qüvvələri İraqın şimalından Türkiyəyə qarşı hücumları dayandırmaq üçün bölgədə iş aparır.
Nazirlikdən verilən açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya çatdırıldığı və müalicələrinə başlanıldığı bildirilib.