Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 16-da ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.