21 Noyabr 2022 11:58
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda taksi sürücüsü müştərisini döyüb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə noyabrın 18-də saat 23 radələrində Pirşağı qəsəbəsi ərazisində “Hyundai” markalı bir avtomobilin sürücüsünün Bakı şəhər sakini Ə.Nəcəfovu döyüb mobil telefonunu və qızıl bilərziyini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Rzazadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov