Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bağlamada 2 ədəd avtomat silahı, 1 ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyən edilib.
Araşdırma aparılır.