Yerli vaxtla saat 16:50-də Gəncə stansiyasından 29 km cənub-şərqdə Goranboy rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Qeyd olunub ki, maqnitudası 3,8, dərinliyi isə 20 km olan təkanlar episentrdə hiss olunub.