Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında baş verən yanğın barədə məlumat yayıb.
DSX Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumatda bildirilib ki, Akademiyanın əsas korpusunda baş vermiş yanğın tam olaraq söndürülüb.
Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib.
Yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir.