Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
By barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.
Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.
Bundan başqa, dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Masallı rayon sakini Səməd Məlikov saxlanılılıb.