Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Müsavat Partiyasının bu günə nəzərdə tutulan mitinqi barədə sərt reaksiya verib.
Teleqraf.com-un məlumatına görə, S.Əlisoy sözügedən mitinqi saxtakarın növbəti şousu adlandırıb: “Bu gün Məhsul stadionunda saxtakar başqan Arif Hacılının “siyasi məhbuslara dəstək” pərdəsi altında inaqurasiya-üzəçıxarma mərasimi keçiriləcək. Siyasi məhbuslara gerçəkdən dəstək verən sanballı bir dəyirmi masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi. Bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir.
Bu zehniyyət sahibləri qurultaydan sonra Səbail rayonu üçün Facebook-da saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və bu gün üzəçıxarma mərasimi düzənləyiblər. Sabah daha kaloritli saxtakarlıq şoularının şahidi olacaqsınız”.
Kəmalə