Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb.
Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.