Qubad İbadoğlu: “Bu yarı ölü, yarı diri insana bənzəyir”
“Demokratiya ya olur, ya da olmur, diktatura ya olur, ya da olmur, vay o gündən ki, yarı demokratiya və ya yarı diktatura olsun, en pisi elə budur. Bu yarı ölü, yarı diri insana bənzəyir ki, onunla da heç nəyə nail olmaq mümkün deyil. Hətta belələri lap pisdir, nə ölən kimi ölür, nə də dirilən kimi dirilir”.
Bunu sosial şəbəkələrdə Müsavat Partiyasında narazıların lideri Qubad İbadoğlu bəyan edib. Bu fikirlərin Müsavat Partiyasında baş verən proseslər konteksində işlədilməsinə heç bir şübhə yoxdur.
Teleqraf.com-un xəbərinə görə, Q.İbadoğlu fikirlərini davam etdirərək bildirib ki, onların yolu demokratiya yoludur:
“Bunun başqa forması yoxdur, azad insan, açıq cəmiyyət və şəffaf hakimiyyət. Amalımız bütöv Azərbaycandır. Bu yol kəşməkeşli və əziyyətli olsa da işıqlı və alternativsizdir”.
Cavidan