Oxşar xəbərlər
Bakıda itkin düşən şəxs psixiatrik xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 26-da paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 21 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Zamir Hüseynov yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Z.Hüseynov 1 saylı psixiatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.