2 Fevral 2023 15:38
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Müəllif: Hacı Zeynalov