2 Fevral 2023 19:44
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Teleqraf.com xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayon Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində azı 4 nəfərin öldüyü bildirilir.

Qəzada xəsarət alan şəxslər Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com