3 Fevral 2023 11:29
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 2-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Şahbuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov