25 Dekabr 2014 12:21
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları ABŞ-ın təzyiqi ilə qəbul edib.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib: “İlk vaxtlar Avropa ölkələri sanksiyaların tətbiqində ehtiyatlı davranırdılar. İndi isə heç kimə sirr deyil ki, bütün qadağaların tətbiqində amerikalıların əli var. Onlar Avropa Birliyini buna məcbur edirlər”.

2015-ci ildə yeni sanksiyaların tətbiqinə toxunan Lavrov Rusiyanın daxili iqtisadiyyatı hesabına ayaqda dura biləcəyini qeyd edib: “Biz Asiya-Sakit Okean regionunda, Latın Amerikasında, Afrikada, Cənub Şərqdə əlaqələrimizin genişləndirilməsi ilə dərdindən məşğuluq. Az iş görməmişik. Bütün bunlar bizə gələcəkdə əhəmiyyətli dərəcədə kömək edəcək”.

Lavrov Ukraynanın cənub-şərqindəki hadisələri qiymətləndirərək, tərəflərin Minsk razılaşmasına əməl edəcəyinə ümidvar olduğunu deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər