İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan folklorşünası Əli Şamil sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradan İzzəddin Həsənoğlunun ötən il bərpa olunmuş məzarı yenidən dağıdılıb.
Qeyd edək ki, şairin məzarı Xorasan şəhərində yerləşir.