Azərbaycanın xüsusi təlim keçmiş itləri Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalanların tapılması üçün axtarış-xilasetmə işlərinə cəlb olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə tədbirləri Kahramanmaraş şəhərinin Onikişubat rayonunda davam edir. Azərbaycanın “Cuna” və “Luna” adlı xüsusi təlim görmüş itləri də axtarışlarda fəal iştirak edir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.