Bakının Sabunçu rayonunda Laçın sakinindən silah götürülüb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini T.Rzayev Sabunçu rayonu ərazisində tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq polis idarəsinə təhvil verib.