Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllı ilə Sumqayıt şəhərində vida mərasimi keçirilir.
Teleqraf.com xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edirlər.
Yaxınları Hümam İsmayıllını son mənzilə yola salmaq üçün vaxtilə yaşadığı ünvana axın edir, cənazəsi üstünə tər güllər düzürlər.