20 Fevral 2023 12:52
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə şəhər sakini olan bir nəfərin bank hesabından 1000 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Şahin Müslümoğlu müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər