Musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Şəxsi axtarış zamanı Ziliş Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.