"Anadolu Hospital"ın direktoru Ayper Ceylan barəsində həbs qətimkan tədbiri Mengəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polis nəzarətinə verilmə ilə əvəzlənib.
Teleqraf.com xəbər verir ki, bir müddət öncə həbs olunan Mingəçevirdəki "Anadolu Hospital"ın rəhbəri Ceylan Alperlə yanaşı onun müavini Kərim Nadirov barəsində də yeni qərar çıxarılıb.
Alper Ceylan həbsdən azad edilərək polis nəzarətinə götürülüb, Kərim Nadirov isə ev dustaqllğına buraxılıb.
Qeyd edək ki, özəl tibb müəssisə olan "Anadolu Hospital"ın rəhbəri Alper Ceylan işə qəbul edilmiş şəxslərdən depozit qismində müəyyən məbləğdə pul almaqda və aylar keçməsinə baxmayaraq onlara əmək haqqı ödənilməsini təmin etməməkdə, Kərim Nadirov isə depozitlərin bir qisminin qeydə alınmamasında təqsirli bilinirlər.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.