Masallıda 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Masallı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Allahverdiyev saxlanılıblar. Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və 1 kiloqrama yaxın metamfetamin və 1 ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.