19 Mart 2023 20:57
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuzda avtomobil elektrik dirəyinə dəyib, xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında Oğuz-Bayan avtomobil yolunun Oğuz şəhərinin giriş hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-21099” markalı minik avtomobili idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Bayan kənd sakinləri, Nurlan Tərlan oğlu Mikayılov və Nazim Yaşar oğlu Həsrətov ağır xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com