İsmayıllıda 60 yaşlı qadın intihar edib.
Teleqraf.com xəbər verir ki, rayonun Əhən kənd sakini 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Qadının özünə qəsd etməsinin səbəbi hələ ki dəqiq məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.