Bakıda piyadaları avtomobillə vuraraq öldürən sürücülər hadisə yerindən qaçıb.
Teleqraf.com xəbər verir ki, hadisələr aprelin 1-də qeydə alınıb.
Saat 23:30 radələrində naməlum sürücü idarə etdiyi dövlət qeydiyyat nömrəsi bəlli olmayan “Reno” markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olarkən piyada, 1959-cu il təvəllüdlü Məlikova Simuzər Nurməmməd qızını vuraraq hadisə yerindən qaçıb.
Piyada S.Məlikova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin 1997-ci il təvəllüdlü Əhmədov İsmət Habil oğlu olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Digər hadisə isə saat 22:30 radələrində Sabunçu qəsəbəsi ərazisində baş verib.
Belə ki, naməlum sürücü idarə etdiyi naməlum avtomobillə hərəkətdə olan piyada, 1956-cı il təvəllüdlü İsmayılov Elyaz Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.