23 Aprel 2023 18:22
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən faciənin səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, Tikəband kənd sakini 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətlərində olan hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib.

Lakin motorun nasazlığı səbəbindən suya elektrik cərəyanı ötürməsindən xəbərsiz olub. Elektrik xəttini qoşan kimi cərəyan onu vurub və hovuza yıxılıb. Motorun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər. Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatlarını itiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər