6 Yanvar 2015 15:08
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə daha bir mandatı ləğv olunacaq.

YAP-ın xarici əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçildiyi üçün Azərbaycan parlamentindəki mandatını təhvil verəcək. Bu aydan etibarən onun Milli Məclisdəki deputatlıq fəaliyyətinə son qoyulur. Eyni anda iki mandat daşımağa Azərbaycan qanunvericiliyi imkan vermir.


Konstitusiyasının 89-cu maddəsinə görə, millət vəkili dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda deputat səlahiyyətlərini itirir.

Asəf Hacıyev QDİƏT-in baş ofisinin yerləşdiyi İstanbula köçəcək. O, qarşıdakı 3 il ərzində təşkilatın baş katibi vəzifəsini icra edəcək.

Akademik Asəf Hacıyev 1951-ci ildə anadan olub. 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir. Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

Qeyd edək ki, ötən il Əli Əhmədov baş nazirin birinci müavini təyin olunandan sonra mandatı ləğv olunmuşdu. Bu il isə Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin ediləndən sonra mandatı təhvil verib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər